Holiday Inn Baku hotelində yemək və restoran xidmətləri
Komandamız qonaqların yüksək səviyyəli kulinariya təcrübəsindən də zövq almasını təmin edir. Möhtəşəm Xəzər dənizi mənzərəsi ilə seçilən Marina 18 Restoranı və terrası ilə qonaqları qarşılayan Sagi Bar həm işgüzar səfərdə olan, həm də istirahət məqsədli səyahət edən qonaqları qəbul etməyə hazırdır.
Marina 18 Restoranı
Mətbəx: Beynəlxalq
Məkan: 18-ci mərtəbə
Mənzərə: Dəniz
Açıq bufet səhər yeməyi:
İş günləri: 06:30 – 10:30
Qeyri-iş günləri: 06:30 – 11:00
Açıq bufet nahar:
Yalnız iş günləri: 12:00 – 15:00
Otaq xidməti (room service): 24 saat
Sagi Bar & Lounge
Məkan: 1-ci mərtəbə
Əgər mükəmməl görüş məkanı, xoş atmosfer, dadlı kokteyllər və həzin musiqi axtarırsınızsa, Sagi Bar sizin üçün ideal seçimdir.
İş saatları: 09:00 – 01:00




